Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 54 yaşlı E. Nağıyeva yaşadığı evin qonaq otağı ilə mətbəxi arasında yerləşən turnik dəmirindən çanta tutacağı ilə özünü asaraq həyatına son qoyub.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.