Bakıda qadın bədbəxt hadisənin qurbanı olub.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 61 yaşlı Məmmədova Mətanət Eldar qızı yaşadığı binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Hadisənin intihar olub-olmadığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.