Yanvarın 18-i Sabuçu rayonu, Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olmuşdur.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, meyitin yanvarın 14-də yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış, 58 yaşlı Bakı şəhər sakini Ə.A.-a məxsus olması ehtimal edilir.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.