Bakıda kafedə dava düşüb, ər-arvad və gənc oğlan bıçaqlanıb.
Lent.az-ın xəbərin görə, hadisə paytaxtın Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən adsız kafedə qeydə alınıb.
Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Elxan Elşən oğlu Quliyev aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səməndər Zəxara oğlu Səfərovaya, həyat yoldaşı, Q.Səfərovaya və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü İlkin Elşən oğlu Məmmədliyə bıçaq xəsarətləri yetirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, E.Quliyev şübhəli şəxs qismində saxlanılıb.