Bakıda DƏHŞƏT:   Kafe sahibini yaralayıb, oğlunu silahla hədələdilər -  Görün nə tələb etdilər?
27 mart 2023 11:55 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Kafe sahibini yaralayıb, oğlunu silahla hədələdilər - Görün nə tələb etdilər?

Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200 min manat verilməsinin tələb olunduğu və sonradan 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

# 2484
avatar

Arzu Qurbanlı

Oxşar yazılar