Bakıda evdə meyiti tapılan şəxsin intihar etdiyi məlum olub.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində evdən meyiti tapılan Babayev Cavid Əlövsət oğlu özünə qəsd edib. Onun damarlarını doğrayaraq həyatına qəsd etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
14:06
Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.