Bakıda DƏHŞƏT:  dərsdən qaçan qız özünü pəncərədən atdı - YENİLƏNİB
14 mart 2024 11:45 (UTC +04:00)

Bakıda DƏHŞƏT: dərsdən qaçan qız özünü pəncərədən atdı - YENİLƏNİB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır. 

İdarədən Lent.az-a bildirilib ki, məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

***
Saat: 11:07

Bakıda şagird özünü məktəb binasından atıb.

Lent.az “Unikal”a istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən atıb.

Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.

Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.

# 4953
avatar

Fidan İlqar

Oxşar yazılar