Bakıda DƏHŞƏT:   16-cı mərtəbədən özünü atan komendantın üstünə düşdü, hər ikisi öldü - VİDEO  - YENİLƏNİB
04 iyun 2024 16:40 (UTC +04:00)

Bakıda DƏHŞƏT: 16-cı mərtəbədən özünü atan komendantın üstünə düşdü, hər ikisi öldü - VİDEO - YENİLƏNİB

0

Bakıda baş verən dəhşətli intiharla bağlı yeni fakt məlum olub. 

Lent.az xəbər verir ki, hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş.

***

saat 15:10

Xəbərə hadisə baş verən binanın görüntüləri əlavə edilib.

***

saat 13:30

Bakıda intihar zamanı ölənlərin adları məlum olub.

Lent.az-ın məlumatına görə, özünü binadan atan şəxs 23 yaşlı Orucov Yaftum Yaşar oğludur.

Komendant isə 52 yaşlı Məmiyev Namiq Abı oğludur.

Araşdırma aparılır.

***
Saat: 13:00

Bakıda dəhşətli intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsində özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 15747

Oxşar yazılar