Bakının Nizami rayonunda Çin istehsalı olan avtomobil yanıb.
Lent.az xəbər verir ki, hadisə Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Hüseyn Məmmədov özünə məxsus “Geely” markalı nəqliyyat vasitəsi ilə Babək prospektində hərəkətdə olub. Həmin vaxt maşının mühərrik hissəsində alovlanma başlayıb.
Sürücü avtomobilini məcburən körpünün üzərində saxlayıb. Alov avtomobili tam əhatə edib. Çağırış üzrə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə gəlib. Alovun qarşısı alınıb.
Sürücü bildirib ki, avtomobil 2022-ci ilin istehsalıdır. Maşına heç bir əlavə qurğu da quraşdırılmayıb.
Baş vermiş hadisə ilə əlaqədar körpüdə sıxlıq yaranıb. Nizami Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. Sıxlıq yaranmış yolda maşınların hərəkəti tənzimlənib. Qeyd edək ki, avtomobil ancaq icbari siğorta edilib.
Hazırda fakt üzrə araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi məsələyə münasibət bildirən zaman qeyd edilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "GEELY TUGELLA" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.