Bakıda çimərlikdə  45 min manatlıq oğurluq
17 avqust 2021 13:21 (UTC +04:00)

Bakıda çimərlikdə 45 min manatlıq oğurluq

Bakıda çimərlikdə oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8856
avatar

Mehman Nəbiyev

Oxşar yazılar