Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Frend House” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana baxış keçirib. Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4000 manat məbləğində cərimələnib.