Bakıda bu işıqforları sökdülər - VİDEO
06 sentyabr 2023 12:30 (UTC +04:00)

Bakıda bu işıqforları sökdülər - VİDEO

Paytaxt ərazisində aparılan monitorinqlər zamanı məlum olub ki, bəzi yolayrıclarında quraşdırılan işıqforların dirəkləri qısa olduğundan sürücülər onları görməkdə çətinlik çəkirlər, hətta belə kəsişmələrdə bir neçə dəfə yol-nəqliyyat hadisəsi də baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, bu baxımdan bir sıra ərazilərdə artıq işlərə başlanılıb və Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforların köhnə dirəkləri dəyişdirilərək yeni L-tipli dirəklərlə əvəz edilib. Sürücüləri narahat edən problem aradan qaldırılıb.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5271

Oxşar yazılar