Bakıda bazarda cibgirlik edən tutuldu
17 mart 2023 14:50 (UTC +04:00)

Bakıda bazarda cibgirlik edən tutuldu

Bakıda telefon oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 9-da Nizami rayonu ərazisindəki bazarda Bakı şəhər sakini R.Əsədovun mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Şəfiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində daha bir qadının mobil telefonunu cibgirlik yolu ilə oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar