Bakının Sabunçu rayonunda yerləşən 1 saylı Uşaq Somatik Sanatoriyasının baş həkiminin fəaliyyətində qanunsuzluqlar aşkar edilib.
Lent.az-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsində sanatoriyanın baş həkimi İsmayılova Dilay Qənimət qızı barəsində ittiham elan olunub. O, Cinayət Məcəlləsinin 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi üzrə təqsirli bilinir.
Baş həkimin işinə hakim Süleyman Ağayev baxacaq. İş üzrə zərərçəkmiş tərəf 1 saylı Uşaq Samotik Sanatoriyasıdır.