Bakıda bir neçə yerdən velosiped oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 25-dən 27-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki yaşayış binalarından birinin girişindən Ə.İsmayılova məxsus 2000 manat dəyərində velosipedi oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini N.Cəfərov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun N.Mamedova məxsus velosipedi oğurlaması da müəyyən edilib.