Bakıda bahalı maşınların nömrələri oğurlandı
17 aprel 2024 12:09 (UTC +04:00)

Bakıda bahalı maşınların nömrələri oğurlandı

Bakıda avtomobillərin dövlət qeydiyyat nişanları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyən olunub.

Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

# 1779
avatar

Oxşar yazılar