Bakıda azyaşlı qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan 10 yaşlı Sokhilə Nugayeva sentyabrın 5-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası polisə müraciətində bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.