Azyaşlının ehtiyatsızlıqdan aldığı xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, oktyabrın 14-də 11 yaşlı Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazsindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.