Asif Niftəli
30 sentyabr 2021 17:18 (UTC +04:00)

Asif Niftəli

Bakıda "avtoş" həbs olundu - VİDEO

Bakının Nərimanov rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 29-da sosial şəbəkələrdə bir sürücünün paytaxtın Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi “BMW” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb. Nərimanov rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, hadisəni paytaxt sakini Asif Niftəli törədib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Asif Niftəlinin etdiyi əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material Nərimanov rayon Məhkəməsinə göndərilib. Avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bakıda avtoş həbs olundu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Mehman Nəbiyev

Oxşar yazılar