Bakıda avtomobil restorana çırpıldı-FOTO
22 avqust 2023 02:18 (UTC +04:00)

Bakıda avtomobil restorana çırpıldı-FOTO

Bakının Nəsimi rayonunda idarəetməni itirən avtomobil restorana çırpılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yaxınlıqda fəaliyyət göstərən restorana girib. 

Hadisə nəticəsində obyektə ziyan dəyib, xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151

Oxşar yazılar