Bakıda  avtobus qəzası:  1 ölü, 1 yaralı - YENİLƏNİB
08 avqust 2022 10:16 (UTC +04:00)

Bakıda avtobus qəzası: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Bakıda baş verən avtobus qəzasında bir nəfər ölüb.

Lent.az-ın məlumatına görə, ötən gün Bakının Qaradağ rayonu ərazisində Mübariz Vəliyevin idarə etdiyi maşrut avtobusu Elvin Mürşüdovun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Nəticədə Elvin Mürşüdov yaralanıb, sərinişini Sevinc Mürşüdova həyatını itirib.

***

7 avqust, saat 12:56

Bakı-Ələt-Qazax magistralındakı qəzada yaralanan şəxsin vəziyyəti ağırdır

Lent.az xəbər verir ki, bu barədə APA-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerindən Kliniki Tibbi Mərkəzə 34 yaşında bir nəfər yaralı gətirilib. Ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilən həmin şəxs hazırda Mərkəzin reanimasiya şöbəsindədir:

"Vəziyyəti olduqca ağır qiymətləndirilir və cərrahi əməliyyat planlaşdırılır".

***

10:40

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Lent.az-a bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilir.

Məlumata görə, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib. Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

# 9249
avatar

Oxşar yazılar

Yük maşını  piyada qadını vurdu

Yük maşını piyada qadını vurdu

18 aprel 2024 , 09:45
31 yaşlı kişi tövlədə   özünü ASDI

31 yaşlı kişi tövlədə özünü ASDI

18 aprel 2024 , 09:20
Bakıda yük maşını aşdı, iki nəfər yaralanıb  - FOTO -YENİLƏNİB

Bakıda yük maşını aşdı, iki nəfər yaralanıb - FOTO-YENİLƏNİB

18 aprel 2024 , 09:10
Toyda  FACİƏ:   gəlin  hovuza düşüb   öldü

Toyda FACİƏ: gəlin hovuza düşüb öldü

18 aprel 2024 , 00:29
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU

17 aprel 2024 , 23:50
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU

Rüşvət alan yol polisi rəisi işdən QOVULDU

17 aprel 2024 , 20:00
Həddindən artıq  su içib   öldü

Həddindən artıq su içib öldü

17 aprel 2024 , 19:07
Ana və oğlu  göldə boğuldular

Ana və oğlu göldə boğuldular

17 aprel 2024 , 18:45