Bakıda yük avtomobillərinin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən 17 hadisə olub.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Məlumata görə, yük avtomobillərinin iştirakı ilə baş verən qəzalarda 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
İctimai nəqliyyatda 17 qəzada 6 ölüm və 15 xəsarət, motosikletdə 4 hadisədə 1 ölüm və 5 xəsarət, mopedlə 14 qəzada 1 ölüm və 14 xəsarət, velosipedlə isə 4 hadisədə 1 ölüm və 3 xəsarət qeydə alınıb.
Həmçinin bu faktlar da ötən illərə nisbətən azalıb.