Bakıda aptekdən uşaq yeməkləri oğurlandı - YENİLƏNİB
08 iyun 2023 16:22 (UTC +04:00)

Bakıda aptekdən uşaq yeməkləri oğurlandı - YENİLƏNİB

Bakıda aptekdən uşaq yeməkləri oğurlanmasına Daxili İşlər Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir. 

Belə ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

***
Saat: 13:39

Bakıda aptekdən oğurluq olub. 

Lent.az-ın məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsində yerləşən aptekdə qeydə alınıb.

Naməlum şəxs aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub. 

O, övladına görə bu addımı atdığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4404
avatar

Fidan İlqar

Oxşar yazılar