Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb.
Lent.az APA -ya istinadən xəbər verir ki, hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb.
Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı - 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub.
Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər.
Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Uşağın vəziyyəti daha ağır qiymətləndirilir.