Daxili İşlər Nazirliyi bu gün Bakıda bir qrup şəxsin aksiyaya cəhd etməsi ilə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb.
Saxlanılan yoxdur.