Bakıda AĞIR QƏZA: polis yaralandı
04 fevral 2023 17:24 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: polis yaralandı

Bakıda yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda baş verib.

“Rang-Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

# 3603
avatar

Oxşar yazılar