Bakıda 76 minlik  DƏLƏDUZLUQ
05 oktyabr 2024 10:48 (UTC +04:00)

Bakıda 76 minlik DƏLƏDUZLUQ

Bakıda külli miqdarda dələduzlqu hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 49 yaşlı A.Alıyev saxlanılıb.

Həmçinin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 8745 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 33 yaşlı İ.Məmmədli müəyyən olunaraq ələ keçirilib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357
avatar

Oxşar yazılar