Oğurlanan əşyalar
26 yanvar 2022 17:46 (UTC +04:00)

Oğurlanan əşyalar

Bakıda 7 ev və sex qarət olundu - VİDEO

0

Bakınnı Xəzər rayonu, Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, zərərçəkən Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Əliqismət Əzizov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən və 1 mebel sexindən oğurluq etdiyi müəyyən edilib. Əliqismət Əzizov izahatında etdiyi oğurluqları etiraf edib. 

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əliqismət Əzizovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.

Bakıda yeni tikilməkdə olan evlər qarət olundu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1830

Oxşar yazılar