Bakıda kişi yıxılaraq ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-də paytaxtın "8-ci kilometr" qəsəbəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Bağırov Vahid Hacıağa oğlu binanın blokunda yıxılıb. O, ağır xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.