Bakının Xəzər rayonunda silsilə oğurluqlar olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb. Nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.
Araşdırma aparılır.