Bakıda 15 yaşlı qız  YOXA ÇIXDI:   anası axtarır
24 avqust 2022 09:28 (UTC +04:00)

Bakıda 15 yaşlı qız YOXA ÇIXDI: anası axtarır

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 15 yaşlı Mürvətova Roza Əliağa qızı avqustun 21-i saat 13 radələrində yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bu barədə onun anası A. Şahverdiyeva Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı adı çəkilən bölmədə araşdırma aparılır.

# 2556
avatar

Mehman Nəbiyev

Oxşar yazılar