Bakıda 15 nəfərin  telefonunu oğrulayan tutuldu
23 mart 2023 16:35 (UTC +04:00)

Bakıda 15 nəfərin telefonunu oğrulayan tutuldu

Bakıda telefon oğrusu saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1488
avatar

Oxşar yazılar