Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsinin düşdüyü an - VİDEO
02 may 2021 22:18 (UTC +04:00)

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsinin düşdüyü an - VİDEO

0

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltənin düşdüyü an müşahidə kameralarına düşüb.

APA həmin video görüntünü təqdim edir.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

***

15:48

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7392

Oxşar yazılar