Bakıda 14 yaşlı oğlan yenə YOXA ÇIXDI:   anası axtarır...
31 yanvar 2023 09:33 (UTC +04:00)

Bakıda 14 yaşlı oğlan yenə YOXA ÇIXDI: anası axtarır...

0

Bakıda yeniyetmə oğlan itkin düşüb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 14 yaşlı Rəhmətulin Nihat Sənan oğlu yanvarın 27-də saat 22 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası İ. Məmmədova Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində müraciətində bildirib. Onun sözlərinə görə, oğlu əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxıb və geri qayıdıb.

Hazırda adı çəkilən şöbədə axtarış tədbirləri keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3128

Oxşar yazılar