Bakıda qadının çantası oğurlanıb.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 23-ü, saat 22 radələrində Bakı Dəniz Vağzalının ərazisində olan “Baku Side” restoranında qeydə alınıb. Naməlum şəxs paytaxt sakini Vəliyeva Mina Məhəmməd qızının içərisində 1500 manat pul və sənədlər olan çantasını oğurlayıb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları tərəfindən araşdırma aparılır.