Bakı sakini dostu tərəfindən bıçaqlandı
28 aprel 2021 01:22 (UTC +04:00)

Bakı sakini dostu tərəfindən bıçaqlandı

0

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Gülbala Əliyev küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Məmmədov Səfa Səfalı oğlu dostu Ceyhun adlı şəxslə mübahisə edən zaman bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1547

Oxşar yazılar