Bakıda bir nəfər quyuya düşüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 25 metr olan quyuya düşüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın quyudan çıxarılmasını təmin ediblər. Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.