Bakı sakini binanın 3-cü mərtəbəsinə çıxaraq intihara cəhd etdi
18 sentyabr 2021 01:50 (UTC +04:00)

Bakı sakini binanın 3-cü mərtəbəsinə çıxaraq intihara cəhd etdi

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1889

Oxşar yazılar