Bakı-Quba yolunda QƏZA: ölən var
08 sentyabr 2023 10:10 (UTC +04:00)

Bakı-Quba yolunda QƏZA: ölən var

Bakı-Quba yolunda yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Zeynalabdin Tağıyev qəsəbəsi ərazindən keçən yolda baş verib.

"VAZ" markalı avtomobillə BMW markalı avtomobil toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü 49 yaşlı Asif Hüseyn oğlu Məmmədov hadisə yerində ölüb.

BMW-nin srücüsü 36 yaşlı Fuad Əhmədağa oğlu Babayevə isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Həmin maşında sərnişin olan 24 yaşlı Lalə Osman qızı Süleymanova isə travmatalogiya şöbəsində müalicəsini davam etdirir.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2859

Oxşar yazılar