Bakı metrosunda qatarların hərəkəti ləngidi - SƏBƏB
27 noyabr 2023 09:11 (UTC +04:00)

Bakı metrosunda qatarların hərəkəti ləngidi - SƏBƏB

"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.

Bu barədə Lent.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3966
avatar

Arzu Qurbanlı

Oxşar yazılar