Bakı metrosunda qadın qatar yoluna düşdü
08 fevral 2022 22:45 (UTC +04:00)

Bakı metrosunda qadın qatar yoluna düşdü

Metronun "Azadlıq Prospekti" stansiyasında qadın qatar yoluna düşüb.

Lent.az xəbər verir ki, bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə 21:54 olub. Belə ki, qatar stansiyaya daxil olanda, qadın stansiya yoluna düşüb.

Təlimata uyğun, dərhal gərginlik ayrılıb. TTY çağlrılıb. Qadın stansiya yolundan çıxarılıb, sağdır. 

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505

Oxşar yazılar