“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, buna səbəb QSC-nin xaricə valyuta göndərərək, əvəzində hər hansı mal idxal etməməsi və ya xidmət göstərməməsi olduğu bildirilir.
Belə ki, “Bakı Metropliteni” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub.
Tərtib olunan protokol baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.
Xatırladaq ki, həmin maddədə qeyd olunur ki, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.