Azərbaycanda daha bir məhkum ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada cəza çəkən məhkum Valeh Mayıl oğlu Şirinzadə dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, V.Şirinzadə bu il aprel ayında 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilibmiş.