"Badamlı" məhkəməyə verildi
10 fevral 2023 11:01 (UTC +04:00)

"Badamlı" məhkəməyə verildi

0

“Badamlı Mineral Sular” MMC məhkəməyə verilib.

Lent.az xəbər verir ki, MMC-nin ölkədən çıxarılan xarici valyutaların geri qaytarmadığı aşkarlanıb. Buna görə də “Badamlı” barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması  üçün Şahbuz rayon Məhkəməsinə göndərilib. İlk iclas fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, bu maddə əsasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2783

Oxşar yazılar