Azyaşlını oğurlayan qadın hakim qarşısına çıxarılır
05 iyul 2022 20:28 (UTC +04:00)

Azyaşlını oğurlayan qadın hakim qarşısına çıxarılır

Bakıda iki yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın barəsindəki cinayət işi üzrə istintaq başa çatıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 29-da iki yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin Sabunçu rayonu ərazisində oğurlanması ilə bağlı rayon Polis İdarəsinə məlumat daxil olub. 
Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2022-ci ilin yanvarın 8-də iki yaşlı uşaq tapılıb. 
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
 

# 1521
avatar

Oxşar yazılar