Prokurorluq Gəncədə baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb,
Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini,55 yaşlı İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı idarəsində usta vəzifəsində işləyən İlyas İsmayılov yarımstansiyada təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.