Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə Laçın Rayon Prokurorluğuna məlumat daxil olub.
Lent.az-ın məlumatına görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.
Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
***
21:04
"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb.
Biləsuvar rayon sakini, 33 yaşlı Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.
Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.