“Azəriqaz” İB-nin əməkdaşına xəsarət yetirilib.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, fevralın 12-si saat 15:30 radələrində “Azəriqaz” İstehsalat Birliyinin (Birlik) Bakı Regional Qazın Satışı Departamentinin nəzarətçisi Adil Aslanov (Ad və soyad əməkdaşın öz istəyi ilə şərti verilib) Nəsimi rayonu, M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində yerləşən (“Rifah MTK”) bina 7 mənzil 13 ünvanına texniki müayinə ilə bağlı baxış keçirmək istəyib.
Ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə mənzilə daxil olan Birlik əməkdaşları texniki baxış keçirən zaman ev sahibinin oğlu əməkdaşlarımıza qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. Nəticədə Birlik əməkdaşı A.A müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardıma, həm də DİN-nin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb. Hadisəni törədən şəxs polis bölməsinə aparılıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək.
Qeyd edək ki, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. Ayağına gips qoyulan A.A stasionar müalicə üçün evə buraxılıb.