"Azəriqaz" İstehsalat Birliyindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu Ə.Qayıbov küçəsində qurumun 2000 manat dəyərində dəmir boruları oğurlanıb.
Bu barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.