"Azərinşaatservis"in direktorunun ölkədən çıxışına qadağa  qoyulur
10 fevral 2023 15:53 (UTC +04:00)

"Azərinşaatservis"in direktorunun ölkədən çıxışına qadağa qoyulur

0

“Azərinşaatservis” MMC-nin direktoru Abbasov Arzuman Hacı oğlu məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, onun barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Məlumata görə, A. Abbasovun dövlət büdcəsinə və fondlara borcu yaranıb. Adı çəkilən baş idarə həmin borclarla əlaqəda MMC rəhbərinin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir.

Müraciətə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3076

Oxşar yazılar